EN

Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...

Son ayda “Expressbank”ın məhkəmələrdə müştərilərinə qarşı qaldırdığı iddiaların sayı artıb...

Poliqon xəbər verir ki, bu “Vahid Məhkəmə portalı”ndan qeydiyyata alınan məhkəmə proseslərindən görünür.

Qeyd edək ki, bu ayın başa vurmaqda olduğumuz üç həftəsində “Expressbank” 30 müştərisinə qarşı müxtəlif rayon məhkəmələrinə müraciət edib. Ötən ay isə “Expressbank”ın vəkilləri Azərbaycan məhkəmələrində 40 vətəndaşa qarşı ödənişlərlə bağlı iddialar qaldırıb.

Ümumilikdə isə hazlrda “Expressbank”ın Azərbaycan məhkəmələrində qeydiyyatda olan 192 məhkəmə işi var. Qeydiyyata alınan məhkəmə statistikasından görünür ki, “Expressbank”ın problemli kreditlərinin sayı son aylarda artır.

Qeyd edək ki, “Expressbank”ın Müşahidə Şurasının sədri Əfqan Cavadov, İdarə Hyətinin sədri isə Mehman Məmmədovdur.

Xatırladaq ki, “Expressbank”ın 2018 -ci ilin sentyabr ayında ölkə başçısının vəzifədən azad etdiyi “Azərenerji”nin sabiq prezidenti məmur-oliqarxlardan olan Etibar Pirverdiyevə aid olduğu bildirilir. Belə ki, ölkə mediasında çıxan məlumatlara görə “Expressbank”ın səhmlərinin əsas hissəsi Etibar Pirverdiyevin ailə üzvlərinə aiddir.

Poliqon.info

Chosen
4
1
poliqon.info

2Sources