EN

Qazandığımız qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı- ÖZƏL

"Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 20 noyabr Ağdaş Şəhəri Günü, 25 noyabr isə Kəlbəcər Şəhəri Günüdür.
BMT Təhlükəsizlik Şurasının 27 il sadəcə kağız üzərində qalan 4 qətnaməsi   Azərbaycan Ordusu tərəfindən cəmi 44 gündə icra edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.
Şəhər günlərinin təsis edilməsi bu tarixlərin unudulmamasına, həmçinin 30 illik işğal dövrünün reallıqlarına daim diqqətin yönəldilməsinə, həqiqətlərimizin təbliğinə xidmət edən mühüm addımlardandır.  Tariximizin hər bir səhifəsinin vərəqlənərək indiki və gələcək nəsillərə çatdırılması əsas çağırışlar sırasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources