EN

Alimlərdən xəbərdarlıq: 2100-cü ilə qədər 30 milyon insan ölə bilər

Alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda qorxulu mənzərə yaradıblar.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, 2100-cü ilə qədər 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir.

Tədqiqat 2000-2090-cı illər arasında 10 illik fasilələrlə məlumatların təhlili yolu ilə həyata keçirilib.

Tapıntılar ölümlərin xüsusilə Cənubi və Şərqi Asiyada cəmlənəcəyini göstərir. Bölgənin qocalması və havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit Okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin havanın çirklənməsi səbəbindən ölümlərdən çox olacağı gözlənilir.

Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb.
 
7News.Az
Chosen
27
6
7news.az

7Sources