EN

KİV: İsrail Livana fosforlu sursat atıb

KİV: İsrail Livana fosforlu sursat atıb

İsrail silahlı qüvvələri Livanın cənubundakı Ən-Nakura kəndinə fosforlu sursatlardan istifadə edərək hücum edib. AFN.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.Bildirilir ki, kənd də artilleriya atəşinə məruz qalıb. Hücumların nəticələri barədə məlumat verilmir.İsrail Livanda şiə Hizbullah hərəkatının birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı onun hərbi obyektlərinə kütləvi zərbələr endirir. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatı elan edib.

Chosen
15
afn.az

1Sources