EN

Qəribə olay: Ölən xəstənin gözü yoxa çıxdı – Detallar

Hindistanın Bihar əyalətindəki Nalanda Tibb Kolleci Xəstəxanasında baş verən hadisə tibb dünyasını və ictimaiyyəti şoka salıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində dünyasını dəyişən xəstənin gözü morqdan gətirilərkən itib.

Xəstəxana rəhbərliyi elə izahat verib ki, buna heç kim inanmayıb və hadisə ilə bağlı araşdırma başlayıb.

Silahla hücuma məruz qalan Fantuş Kumarın cənazəsi meyitxanadan gətirilərkən sol gözünün itdiyi diqqət çəkib. Ölən şəxsin yanında cərrahi bıçaq da tapılıb.

Nalanda Tibb Kolleci Xəstəxanasının rəhbərliyi, Kumarın gözünün siçanlar tərəfindən dişləndiyini iddia edərək, ailəsi bu açıqlamaya inanmayıb, səhlənkarlığını iddia edib və polisə müraciət edib. Hadisə ilə bağlı təhlükəsizlik kamerası görüntüləri araşdırılacaq və yarılma əməliyyatını həyata keçirən həkimlərdən izahat istəniləcək.

Ceyran

Chosen
22
1
tribunainfo.az

2Sources