EN

Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir – Annalena Berbok

Bakı. Trend:

Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensivdanışıqları davam etdirir.

Trend xəbər verir ki, bunuAlmaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında bildirib.

"İqlim maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılmasıolmadan mümkün deyil, CO2 emissiyalarının azaldılması isə bütünölkələrin bunu həyata keçirə bilməsi üçün maliyyə təminatı tələbedir. Bu kontekstdə biz Avropa nümayəndə heyəti olaraq, mətnüzərində intensiv danışıqları davam etdiririk. Bu, keçən il güclüvə qətiyyətlə razılaşdırılmış əsaslara əsaslanaraq, fəaliyyətimiziqurmaq deməkdir: bərpa olunan enerji mənbələrinin inkişaf sürətininüçqat artırılması, enerji səmərəliliyinin ikiqat artırılması və ənəsası, köhnəlmiş qalıq yanacaq növlərindən imtina yollarınınmüəyyənləşdirilməsi.

Bu, hazırda səfərbər edilən vəsaitlərin enerji keçidində geridəqalan ölkələrdə bu keçidi sürətləndirməyə yönəldilməsi üçün kritikəhəmiyyət daşıyır. Bu, enerji saxlama sistemlərinin inkişafı,şəbəkələrin tikintisi və hələ də kömür elektrik stansiyalarınınfəaliyyət göstərdiyi ölkələrdə kömürdən imtina üçün şəraitinyaradılmasını da əhatə edir. Bu, artıq sənayecə inkişaf etmişölkələrdə, xüsusilə Avropada baş verir. Bu da iqlim ədalətiməsələsidir", — deyə Annalena Berbok bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
13
1
az.trend.az

3Sources