EN

Prezident İsrailin nazirini qəbul etdi - Video

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Miri Reqev İsrail Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.

Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Chosen
14
49
qafqazinfo.az

10Sources