EN

Sumı BOMBALANDI, general VURULDU, ABŞ döyüş HAZIRLIĞINA başladı - CANLI

Noyabrın 22-də səhər saatlarında Rusiya ordusu “Şahid” PUA-ları ilə Ukraynanın Sum vilayətinə hücum edib. Sum vilayət administrasiyasının rəhbəri Vladimir Artyux məlumat yayıb.

Onun sözlərinə görə, Sum vilayətinə ilk dəfə olaraq şrapnellə təchiz olunmuş “Şahid” PUA-ları ilə hücum edilib: “Sum vilayətində vurulan “Şahid”lərdə şrapnellər aşkar olundu. Bu tip silahlar obyektlərin deyil, insanların məhv edilməsi üçün nəzərdə tutulub”.

Qərbin ehtiyatsızlığı Rusiya tərəfindən cavabsız qalmayacaq - prezidentin müraciətinin əsas mesajı budur. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin xalqa dünənki müraciətindən danışarkən bildirib.

Onun sözlərinə görə, Putinin bir gün əvvəl verdiyi bəyanatlar əhatəli, başa düşülən və məntiqli idi: "Putin vurğuladı ki, o, “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır.

ABŞ-nin hazırkı administrasiyası Ukraynada münaqişənin ehtiyatsız şəkildə gərginləşməsi yolu ilə getməyə üstünlük verir. Kremldə şübhə yoxdur ki, indiki ABŞ administrasiyası Putinin bəyanatları ilə tanış olub".

Kremlin sözçüsü Putinlə ABŞ-nin hazırkı administrasiyası arasında yeni təmasların olmamasına da diqqət çəkib. Peskov onu da bildirib ki, Rusiya hərbçiləri "Oreşnik"dən istifadə olunmaqla gözlənilən zərbələr barədə Ukraynada mülki əhaliyə xəbərdarlıq etməyin nüanslarını işləyəcək.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Xəyal Bəşirovla söhbətləşir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Chosen
14
musavat.com

1Sources