“Biz son vaxtlar çox deyirik ki, Üçüncü Dünya Müharibəsi başlamasın, bu dəhşətli hadisə astanasındayıq. Amma şükürlər olsun ki, bəşəriyyət hələ bu Üçüncü Dünya Müharibəsinə qərq olmayıb”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşündə deyib.
Lukaşenko qeyd edib ki, əsl informasiya müharibəsi uzun müddətdir davam edir:
“Şübhəsiz ki, həqiqi informasiya müharibəsi gedir. İnformasiya dünyanı idarə edir”.
Bizim.Media