EN

Kreml növbəti dəfə mesaj verdi: Putin hazırdır

Rusiya prezidenti Vladimir Putin hələ də Ukrayna münaqişəsinin həlli üçün dialoqa açıq olduğunu bildirir.

Publika.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov danışıb.

“Dialoqa açıqlığa gəlincə, hətta dünənki bəyanatında da prezident gərginliyin azaldılması, qarşısının alınması və dinc trayektoriyaya daxil olmaq məqsədi ilə istənilən təmaslara hazır olduğunu vurğulayıb”, - Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə deyib.

Ardınca bildirib ki, lakin Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə qanunvericilik səviyyəsində dialoqu qadağan edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra Putin bildirib ki, hazırda Ukrayna məsələsi üzrə sülh danışıqları mümkün deyil.

Chosen
16
publika.az

1Sources