Bakı. Trend:
Qiymətləndirmə Qrupunun (PRG) 48-ci iclasında qiymətləndirməninikinci mərhələsi üzrə elan edilmiş nəticələrə əsasən, AzərbaycanRespublikası ən yüksək “compliant” (uyğundur) reytinq balına layiqgörülüb.
Trendbu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.
Məlumata görə, beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyətkəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumatmübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalqstandartların tətbiqidir.
Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq vəməlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq vəməlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi vəqiymətləndirmə prosesində iştirakı öhdəliyini öz üzərinəgötürüb.
Qlobal Forum tərəfindən indiyədək 2010-2016-cı və 2016-2024-cüilləri əhatə edən qiymətləndirmənin iki mərhələsi həyata keçirilib.Birinci mərhələ çərçivəsində 125 yurisdiksiya əhatə olunub.Azərbaycan Respublikası üzrə qiymətləndirmənin ikinci mərhələsinin2023-cü ilin sentyabr ayında başlanıldığı elan edilib və bu ilhəmin mərhələ çərçivəsində qiymətləndirici ekspertlərin ölkəmizəsəfəri baş tutub.
Ekspertlər səfər çərçivəsində ölkəmizin qanunvericiliyi vətəcrübəsi ilə əyani tanış olublar. Qiymətləndirmə Qrupunun (PRG)48-ci iclasında qiymətləndirmənin ikinci mərhələsi üzrə elanedilmiş nəticələrə əsasən, Azərbaycan Respublikası ən yüksək“compliant” (uyğundur) reytinq balına layiq görülüb. Ölkə reytinqivə müvafiq hesabat noyabrın 21-də İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının rəsmi internet səhifəsində dərc edilib.
Qlobal Forum tərəfindən ölkələr üzrə 2-ci mərhələ çərçivəsindəqiymətləndirmələrə 2016-cı ildən başlanılıb və proses Azərbaycandanbaşqa ümumilikdə 123 ölkəni əhatə edib. Nəticələrə əsasən, 18 ölkə“Compliant” (standartlara uyğundur), 91 ölkə “Largely compliant”(standartlara əsasən uyğundur), 12 ölkə “Partially compliant”(standartlara qismən uyğundur), 2 ölkə isə “Non-compliant”(standartlara uyğun deyil) reytinqlərinə layiq görülüb.
2019-cu ildən isə ölkələr üzrə qiymətləndirmələr daha dərindənhəyata keçirilir və həmin tarixdən indiyədək ən yüksək “Compliant”reytinqini əldə edən 4 ölkədən sonra məhz Azərbaycan Respublikasıolub. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilikaktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqişəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergiorqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı,hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsitəcrübəsi təhlil edilib.
Bundan başqa, ölkədə mühasibat uçotu və bank sənədlərininmövcudluğu, saxlanılması qaydaları, həmin məlumatların vergiorqanlarına əlçatanlığı, ölkədə vergi orqanlarının hüquqları vəmövcud məlumat mənbələri, vergi ödəyiciləri tərəfindən vergiqanunvericiliyinə əməletmə səviyyəsi, Azərbaycan Respublikasınınbeynəlxalq tərəfdaşlarının sayı, mübadilə olunan məlumatlarınkeyfiyyəti və tamlığı, həmin məlumatın təhlükəsizliyinin qorunmasışərtləri də araşdırılıb.
Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiqgörülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütüntərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılmasıimkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbərverir. Bu göstərici ölkəmizə bir sıra üstünlüklər qazandırır,əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonundaölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, xarici investisiyaaxınının stimullaşdırılması, eləcə də, iri maliyyə mərkəzlərinintəmsil olunduğu unikal bir Forumda Azərbaycanın etibarlı tərəfdaşkimi qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.