EN

Rusiya hökuməti bu qadağanı ləğv edir

Rusiya benzin ixracına qoyulan qadağanı tezliklə aradan qaldıracaq.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak qısa müddət ərzində benzin xracına qoyulan məhdudiyyətləri aradan qaldıracaqlarını bildirib.

Novak paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada benzin ixracı qadağasının qaldırılması üçün lazımi sənədlərin hazırlandığını vurğulayıb:

"Qadağa yaxın günlərdə qaldırılacaq. Dekabrın 1-dən etibarən ləğv edilib-edilməyəcəyini indidən söyləmək çətindir".

Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusən də kənd təsərrüfatı sektorunda artan tələbat səbəbi ilə benzinin qiymətində artım olub.Qiymət artımı ilə əlaqədar hökumət vaxtaşırı ixrac məhdudiyyətləri qoyur. Rusiya sonuncu dəfə avqustun 1-dən ilin sonuna kimi benzin ixracını məhdudlaşdırıb.

Chosen
8
cebheinfo.az

1Sources