EN

Lukaşenkonu devirmək terror cəhdləri ilə bağlıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun istefaya göndərilməsi cəhdləri açıq-aşkar terror taktikasına çevrilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Maksim Rıjenkov bildirib.

"Belarusa qarşı bu cür təxribat xarakterli hərəkətlər 2020-ci il prezident seçkilərindən əvvəl başlayaraq dörd ildən artıqdır ki, davam edir. Biz bilirik ki, öz siyasətini müstəqil şəkildə müəyyən edən Belarus dövlətinin yaranmasından dərhal sonra, hakimiyyəti devirmək üçün çoxsaylı cəhdlər edilib. Bu açıq-aşkar terror taktikasıdır”, - deyə o qeyd edib.

Belarus xarici işlər nazirinin sözlərinə görə, xarici ölkələr qondarma hüquq müdafiəçilərini vətəndaş itaətsizliyi aksiyaları keçirməyə təşviq edir. 

Türkan İSGƏNDƏRLİ

Chosen
15
redaktor.az

1Sources