EN

Masallıda "Masallı STEAMçilər kulubu" layihəsinin açılışı » AzadMedia.az


22 noyabr 2024-cü il tarixdə Bəxtiyar Şiriyev adına Mollaoba kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyi tərəfindən “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsinin qalibi olmuş Faiq Şıxəlizadənin "Masallı STEAMçilər kulubu" layihəsinin açılışı olmuşdur.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, Masallı Rayon Təhsil sektorunun müdiri Elman Rzayev, məktəb direktorları, müəllimlər və kənd ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himni və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında canlarından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Məktəbin direktoru Dilşad Məhərrəmova Mollaoba kənd tam orta məktəbinin fəaliyyəti barədə təqdimat edərək təhsildə uğur qazanmış məzunlar və şagirdlər haqqında məlumat vermişdir.
Daha sonra Masallı rayon Təhsil sektorun müdiri Elman Rzayev çıxış edərək öncə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin təbrikini çatdırdı və məktəbin fəaliyyətinə uğur arzu etdi, həmçinin layihə qalibi Faiq Şıxəlizadəni müsabiqədə iştirak edib qalib olmaq münasibətilə təbrik etdi.
Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə çıxış edərək lahiyə rəhbərinə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun təbrikini çatdıraraq bildmirşdir ki, belə layihələrin həyata keçirilməsi şagirdlərin bilik və bacarıqlarının, dünya görüşlərinin inkişafı üçün vacib şərtdir.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri şeirlər səsləndirdi, rəqs etdilər və tullantılardan hazırlanmış geyimləri nümayiş etdirdilər.
Sonda layihə rəhbəri Mollaoba kənd Bəxtiyar Şiriyev adına tam orta məktəbin direktor müavini Faiq Şıxəlizadə öz layihəsinin təqdimatını etdi və bütün gələn qonaqlara təşəkkürünü bildirdi. Diqqət və dəstəyinə görə Masallı Rayon İcra Hakimiyyətinə və Masallı Rayon Təhsil Sektoruna minnətdarlığını bildirdi. Layihənin Masallı rayonunun ümumtəhsil müəssisələrini əhatə etməsini planlaşdırıdığını bildirmişdir.
Layihə rəhbəri gələcəkdə şagirdlərimizin Masallını təmsil edərək beynəlxalq SAF, Texnofest və digər tədbirlərdə uğur qazanaraq iştirak edəcəyini əminliklə bildmişdir.
Chosen
46
1
azadmedia.az

2Sources