EN

İrana məxsus yük maşını çaya düşdü

Qərbi Zəngəzur rayonunda yük maşını Həkəri çayının ən böyük qolu olan Bərgüşad çayına (Vorotan) düşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə noyabrın 22-də səhər saatlarında Şambskaya Su Elektrik Stansiyasının ərazisində baş verib.

Qarakilsə-Qafan yolunun 7-ci km-də 1974-cü il təvəllüdlü İran vətəndaşının idarə etdiyi “İveco” markalı yük avtomobili yolun hərəkət hissəsindən çıxaraq maneəni yarıb, su borusunu zədələyərək Bərgüşad çayına düşüb. Hadisə yerinə gələn xilasedicilər həlak olan sürücünün meyitini çıxarıblar.

Musavat.com

Chosen
38
50
musavat.com

10Sources