EN

Xankəndinin separatçılardan təmizlənməsindən sonra 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda...

Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş “rəsmisi”, Azərbaycan ordusunun 23 saatlıq lokal əməliyyatından sonra yarım ilə yaxın Xankəndində qaldıqdan sonra Ermənistana köçərkən Gorusda həbs edilən Sarkis Qalstyan İrəvanda casusluqda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə “ Haykakan Jamanak ” a açıqlamasında prokurorluq məlumat yayıb .
 
"Dövlət ittihamçısı çıxışında Qalstyanın ömürlük azadlıqdan məhrum edilməsini istəyib. İttiham tərəfi hökmdən apellyasiya şikayəti verəcək.
Məlum olduğu kimi , Sarkis Qalstyan və həyat yoldaşı 2024-cü ilin aprelində Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə Ermənistana köçərkən saxlanılan Qalstyan casusluq ittihamı ilə həbs edilib .
Xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən açıq-aşkar casusluq, Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə zərər vurmaqla dövlət sirrini təşkil edən məlumatların toplanması və təhvil verilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı nəticəsində məlum olub. Sarkis Qalstyan casusluqla bağlı tapşırıq aldıqdan sonra “Sərxan” kod adı ilə fəaliyyət göstərdiyini müəyyən edib", - xəbərdə belə deyilir.
 
Xatırladaq ki, 19 sentyabr əməliyyatından az sonra erməni mediası sözügedən S.Qalstyanın guya Azərbaycan tərəfindən Xankəndinin komendantı təyin olunması haqda şayiələr yaymışdı. 2024-cü ilin fevralında isə Moderator.az ləğv olunmuş separatçı rejimin keçmiş rəhbəri Bako Saakyanın villasında erməni ər-arvadının  yaşamması haqqında 33 ildən sonra ilk dəfə Xankəndində olmuş şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq deputat Flora xanım Qasımova ilə söhbətə istinadla məlumat vermişdi.  Və o günlərdə Ermənistanın “Hraparak” nəşri  həmin yaşlı cütlüyün əvvəllər B.Saakyanla yaxın münasibətdə olmuş Sarkis Qalstyan və həyat yoldaşının olduqlarını təsdiqləmişdi.
 
S.Laçın 
 
Chosen
63
1
moderator.az

2Sources