EN

Yapon hökuməti vəziyyəti düzəltmək üçün 140 milyard dollar ayırdı

Yaponiyanın azlıq hökuməti hakim partiyanın son 15 ildəki ən pis seçki nəticəsindən sonra istehlakçıların ciblərinə daha çox pul qoymağı hədəfləyən 140 milyard dollarlıq stimul paketini cümə günü imzalayıb.

Valyuta.az xəbər verir ki, oktyabrın 27-də keçirilən seçkilərdə Liberal Demokrat Partiyasındakı (LDP) korrupsiya və inflyasiyadan qəzəblənən seçicilər yeni baş nazir Şiqeru İşibanın koalisiyasının parlamentin aşağı palatasında çoxluğunu itirməsinə səbəb olub.

Bunun qarşısını almaq istəyən hökumətin yeni təsdiqlədiyi 21,9 trilyon yen (141,8 milyard dollar) dəyərində olan paketdə aztəminatlı ailələrə yardım, yanacaq və enerji subsidiyaları, hımçinin kiçik biznesə yardım üçün təxminən 30,000 yen daxildir.

Ümumi əməliyyat təsirinin 39 trilyon yen olacağı gözlənilir.

"Məqsədimiz əmək haqqı artımının qiymət artımını ardıcıl olaraq üstələdiyi iqtisadiyyata nail olmaq və əmək haqqı artımları və investisiyalar hesabına inkişaf yönümlü iqtisadiyyata keçidi təmin etməkdir", deyə məlumatda bildirilir.

Paşa Məmmədli

Chosen
29
valyuta.az

1Sources