Metal profillərin, anker boltların və millərin möhkəmliyə və deformasiyaya yoxlanılmasında profil, anker və mil elementlərinin öz çəkiləri, üzlük tavasının, istilik qatının və küləyin təzyiqindən düşən yüklər nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Əyici moment, eninə və uzununa qüvvələr, əyintilər yükdaşıyan karkasın elementləri üçün hesablama sxemindən istifadə etməklə müəyyən edilir.