EN

Bu şokolad brendi Almaniyada kvadrat formalı şokolad istehsal etmir -Maraqlı Səbəb

Alman supermarketlərində şokolad rəflərinə diqqətlə baxdığınız zaman kvadrat şokoladların yalnız bir markaya aid olduğunun fərqinə varmış ola bilərsiniz. Bəs, heç düşünmüsünüz ki, niyə başqa heç bir marka kvadrat şokolad istehsal etmir? Bu vəziyyət adi dizayn məsələsindən daha çox şey deməkdir. Əslində, məsələnin arxasında 10 il davam edən və iki nəhəng brendi bir-birinə qarşı qoyan hüquqi mübarizə dayanır. 

 

Sfera.az bu maraqlı məsələnin təfərrüatlarını təqdim edir. 

 

Almaniyanın köklü şokolad markalarından biri olan “Ritter Sport”, onu digər şokoladlardan fərqləndirən dizaynı ilə tanınır.

 

Şirkətin sahibi Klara Ritter 1932-ci ildə: “Mən normal çəkidə və qırılmadan cibə sığacaq qədər uzunluqda qutu şokolad istehsal etmək istəyirəm”- demişdi. Bununla o, simvolik kvadrat şokoladların əsasını qoymuş oldu.

 

“Ritter Sport” bu dizaynı qeydiyyata alıb və 1993-cü ildə kvadrat şokoladları patentləşdirib. Hətta 1970-ci illərdə "Quadratisch, praktisch, gut." yəni “kvadrat, praktik, gözəl”. şüarı ilə bu dizaynı brendlərinin əsas mərkəzinə yerləşdiriblər.

 

2010-cu ildə İsveçrə şokolad nəhəngi “Milka” Almaniyada kvadrat şokolad istehsal etməyə qərar verdi. Ancaq bu “Ritter Sport”un reaksiyasına səbəb oldu.

 

 

İki şirkət arasında başlayan hüquqi dava Almaniya məhkəmələrini illər boyu məşğul edib. 2016-cı ildə məhkəmə “Milka”nın xeyrinə ilk qərarı verib. Lakin “Ritter Sport” bu qərara etiraz edərək prosesi yenidən başladıb.

 

İllərdir davam edən davada hər iki tərəf öz hüquqlarını müxtəlif məhkəmələrdə müdafiə etməyə çalışıb.

 

2020-ci ildə Almaniya Federal Ədalət Məhkəməsi bu 10 illik mübahisəyə son qoyub. Məhkəmə, kvadrat şokoladın istehlakçılar tərəfindən “Ritter Sport”un keyfiyyəti və markası ilə eyniləşdirildiyini və bu dizaynın yalnız “Ritter Sport” tərəfindən istifadə ediləcəyinə qərar verdiyini bildirib.

 

Bu qərardan sonra Almaniyada kvadrat şokoladlar yalnız “Ritter Sport”a məxsusdur. Almaniyada “Milka” və digər markalara kvadrat şokolad istehsalı isə hələ də qadağandır.

 

 

“Ritter Sport” Almaniyada kvadrat şokoladın patenti üçün müraciət etdiyindən bu hüquq yalnız Almaniyada qorunur. Lakin bu o demək deyil ki, kvadrat şokolad başqa ölkələrdə istehsal oluna bilməz.

 

Aysel

Chosen
31
sfera.az

1Sources