EN

"İnter Mayami"nin sahibindən Messi açıqlaması

style='margin-bottom:10px;'>

“İnter Mayami”nin həmsahibi Xorxe Mas futbolçusu Lionel Messinin klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

QOL.az xəbər verir ki, o, öz açıqlamasında 37 yaşlı hücumçunun komandada qalacağına işarə edib:

"Mən 2026-cı ildə yeni stadionumuz açılanda Lionel Messinin komandanın heyətində, bizimlə olacağını düşünürəm".

Argentinalı futbolçunun "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. Sözləşmə 2026-cı ilin sonuna qədər uzadıla bilər. Messi 2023-cü ilin yayında azad agent kimi ABŞ klubuna keçib.

Həmçinin mətbuatda forvardın sabiq klubu "Barselona"ya qayıda biləcəyi haqda məlumatlar da yayılıb. 

Chosen
41
1
teleqraf.com

2Sources