EN

“WhatsApp”dan möhtəşəm FUNKSİYA

“WhatsApp” mesencerində səsli mesajlarla bağlı yeni funksiya yaranıb.

Busaat.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Bildirilib ki, mesencer səsli mesajların pulsuz transkripsiyası funksiyasını əlavə edib.

Ancaq yeni funksiyanı aktivləşdirmək lazımdır. Bunun üçün “Parametrlər” – “Çatlar” – “Səsli mesajların transkripsiyası” bölməsinə keçib lazımi dil paketi yüklənməlidir. Bundan sonra deşifrə edilməli olan mesaj vurularaq “Transkripsiya et” əmri seçilir.

O da vurğulanır ki, səsli mesajların pulsuz transkripsiyası birbaşa istifadəçinin cihazında həyata keçiriləcək, buna görə də dəstəklənən dillərin siyahısı “Android” və iOS-da fərqli ola bilər.

Funksiya növbəti həftələrdə bütün istifadəçilər üçün pulsuz əlçatan olacaq./Oxu.Az

Chosen
63
5
busaat.az

10Sources