EN

Konteyner təchizatçısı baarəsində tədbir görüldü

Səbail Rayon Məhkəməsində "MT Container GMBH" şirkətinin Azərbaycandakı filialına yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkətə inzibati tənbeh tətbiq edilib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Xəyal Quliyev

Tarix: 23 Noyabr 2024, 10:13   
Chosen
9
pravda.az

1Sources