EN

Əlli səkkiz yaşlı kişi qısqanclıq zəminində arvadını döydü

Ucar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Samir Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, hadisə 12 iyun 2023-cü il tarixdə, saat 14 radələrində Ucar şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, 1966-cı il təvəllüdlü Samir Hacıyev qısqanclıq zəminində həyat yoldaşı, zərərçəkmiş Səlimə Hacıyeva (şərti) ilə mübahisə edib. Bu zaman o, yumruq, təpik və dəmir parçası ilə dəfələrlə qadının baş nahiyəsindən zərbə vuraraq xəsarət yetirib.


Hadisədən sonra Samir Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında onlar barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığı bildirilib. 

Kamal Məmmədov 

Tarix: 23 Noyabr 2024, 11:02   
Chosen
16
pravda.az

1Sources