EN

Medvedev: “NATO artıq Rusiya ilə birbaşa müharibəyə qoşulub” – ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun Rusiya əleyhinə müharibəyə tam şəkildə qoşulduğunu bəyan edib. 

Olaylar.az xəbər verir ki, o, bu fikri Kurks və Bryansk vilayətlərinə Qərbin raket hücumlarını şərh edərkən Al Arabiya telekanalına müsahibəsində səsləndirib.

"NATO bloku, Vaşinqton və bu alyansın digər iştirakçıları artıq hibrid deyil, ölkəmizə qarşı tammiqyaslı müharibəyə başlayıblar," - deyə Medvedev qeyd edib. O, bu cür hərəkətlərin Şimali Atlantika Alyansı üçün nəticəsiz qalmayacağını vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın hava hücumundan müdafiə qüvvələri iki ədəd Britaniyaya məxsus Storm Shadow qanadlı raketini, eləcə də altı ədəd ABŞ istehsalı olan ATACMS raketini məhv edib. Bundan sonra Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya, öz obyektlərinə hücum üçün silahlarından istifadə edən ölkələrin obyektlərinə qarşı tədbirlər görmək hüququna malikdir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Rusiyanın yeni "Oreshnik" raketinin uğurlu zərbələrindən sonra bildirib ki, Qərb artıq anlayır ki, Ukrayna ərazisinin yalnız bir hissəsi qala bilər. Lavrov əlavə edib ki, Rusiya ədalətə nail olmaq uğrunda mübarizəni davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
13
olaylar.az

10Sources