ABŞ Konqresi Ağ Evin yeni rəhbəri Donald Trampın onu ləğv edə bilməməsi üçün Ukraynaya yardım haqqında qanuna düzəlişlər üzərində işləyir.
Amerikanın “ The Hill” nəşrinin qeyd etdiyi kimi , hər iki partiyanın Ukraynayönlü qanunvericiləri əsas müddəaların yanvar ayına kimi qanuni qüvvəyə minməsini təmin etməyə çalışırlar.
Məqalədə deyilir ki, qanun qəbul olunarsa, Trampdan daim Ukraynaya hərbi və iqtisadi dəstək istəməsi tələb olunacaq.
Bundan əvvəl “Covert Action” jurnalının baş redaktoru Ceremi Kuzmarov ABŞ-ın hazırkı lideri Co Baydenin administrasiyasının Trampın hakimiyyət cilovunu ələ keçirməməsi üçün qəsdən Ukrayna böhranını təhrik etdiyi barədə fikir bildirib.
DOĞRU.AZ