EN

Laçında zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.

Nazirlikdən Xezerxeber.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.

12:31

Noyabrın 23-də Azərbaycanda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Xezerxeber.az-a verilən məlumata görə, zəlzələ Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda qeydə alınıb.

Yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.

Chosen
53
26
xezerxeber.az

10Sources