EN

Azərbaycan və Özbəkistan birgə uşaq geyimləri brendi yarada bilər

Azərbaycan və Özbəkistandan olan qadın sahibkarlar birgə müəssisə və uşaq geyimləri brendinin yaradılması təşəbbüsünü nəzərdən keçirirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərtac-a bu günlərdə Astanada keçirilən türkdilli ölkələrin qadın sahibkarlarının Biznes Forumu çərçivəsində özbəkistanlı sahibkar, “Oʻzümüzniki” MMC-nin rəhbəri Muxlisaxon Akramova məlumat verib.

Onun sözlərinə görə, layihə ixrac bazarlarına yönəldilə bilər və hər iki ölkənin yüngül sənaye sahəsində təcrübəsini birləşdirəcək. “Bizim Özbəkistanda bir neçə fabrikin idarə olunmasında təcrübəmiz var və bundan yeni birgə layihədə istifadə edə bilərik”, - deyə Akramova qeyd edib.

O, hazırda həm Azərbaycanda, həm də Özbəkistanda təşkil oluna biləcək istehsalın yerləşdirilməsi ilə bağlı danışıqların aparıldığını bildirib.

“Bir çox azərbaycanlı sahibkar artıq Özbəkistanda layihələr həyata keçirir. Qadın sahibkarlar da iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verə bilərlər”.

Akramova Özbəkistan və Azərbaycan arasında mövcud dövlətlərarası müqavilələrə əsaslandığını və bunun iki ölkə arasında işgüzar əlaqələri gücləndirdiyini vurğulayıb.

Chosen
26
1
bakivaxti.az

2Sources