EN

“Yaşıl iqtisadiyyata doğru gedən yolda antropogen amillərin önəmi, ekoloji cəhətdən şüurlu cəmiyyət formalaşdırılması yönündə birgə fəaliyyətlər” adlı panel müzakirə

“Yaşıl

Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin sədri t.ü.f.d. Günay Həsənova “Azərsun Holdinq” tərəfindən COP29-da keçirilən “Yaşıl iqtisadiyyata doğru gedən yolda antropogen amillərin önəmi, ekoloji cəhətdən şüurlu cəmiyyət formalaşdırılması yönündə birgə fəaliyyətlər” adlı panel müzakirəsində məruzə ilə çıxış edib.

İctimai Birlikdən xalqcebhesi.az-a verilən məlumata görə, AKKİK Fabrik müdiri Əli Məmmədovun moderatorluğu ilə keçən panel müzakirələrdə QKU-nin müəllimi, tarix üzrə fəlsəfə doktoru, “Bir vərəq - bir yarpaq” layihəsinin müəllifi Günay Həsənova ilə birgə UNEC nəzdində fəaliyyət göstərən "Nizami Gəncəvi Davamlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi"nin direktoru Gülnar Məhərrəmova, AKKİK-in insan resursları şöbəsinin müdiri Bahadur Məmmədov, ETSN Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Rəşad Allahverdiyev da iştirak edib.

Çıxışlarda yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsində antropogen amillərin (insan fəaliyyəti) rolu və ekoloji cəhətdən şüurlu cəmiyyətin formalaşmasında birgə fəaliyyətlərin əhəmiyyətini araşdırılıb. Həmçinin iqlim dəyişikliyi, resursların tükənməsi və ətraf mühitin deqradasiyası kimi qlobal problemlər qarşısında insan fəaliyyəti ekosistemlərin davamlılığına həlledici təsir məsələləri müzakirə edilib.

Panel müzakirəsində G.Həsənova müəllifi olduğu “Bir vərəq – bir yarpaq” layihəsinin ideyasının yaranması, qrant müsabiqəsində iştirakları və həyata keçirilməsi ilə bağlı təcrübəsini gənclərlə bölüşüb. Eləcə də universitetlərdə yaşıl iqtisadiyyat, ekoloji proqblemlər və onların həlli yolları kimi məsələlərin tədris proqramlarına daxil edilməsinin vacibliyi, tələbələrin layihələrinin sənaye müəssisələri ilə əlaqələndirilməsi kimi sualları cavablandırıb.

Panelin sonunda yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün praktiki təkliflər təqdim olunub və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar və gələcək planlar müzakirə olunub.

“Yaşıl

“Yaşıl

“Yaşıl

“Yaşıl

Chosen
38
xalqcebhesi.az

1Sources