EN

''Qalatasaray'' təqvimin dəyişməsi üçün TFF-müraciət etdi

Çox inamlı mövsüm keçirən və son 6 rəsmi oyunda qələbə qazanan ''Qalatasaray'' Türkiyə Futbol Federasiyasına növbəti turdakı oyununun vaxtının dəyişdirilməsi üçün müraciət edib.

''Cim-Bom'' bu gün 13-cü turda ''Bodrum''la qarşılaşacaq. Daha sonra noyabrın 28-də komandanı Avropa Liqasında səfərdə ''Alkmaar'' ilə oyun gözləyəcək. Həmin tarixdə İstanbulun digər nəhəngləri ''Fənərbaxça'' ilə ''Beşiktaş'' da avrokubok matçına çıxacaq. Amma buna baxmayaraq federasiya gələn tur üçün ''Qalatasaray''ın oyununu bazar günü dekabrın 1-nə, ''Fənər''lə ''Beşiktaş''ın oyununu bazar ertəsi dekabrın 2-nə salıb. Bu məqam ''sarı-qırmızılar''ı qane etmir. Komanda digər rəqibləri qədər istirahət etmək istədiyini əsas gətirərək federasiyaya müraciət edib. Növbəti tur ''Qalatasaray'' öz meydanında ''Eyüpspor'' ilə qarşılaşmalıdı.

Xatırladaq ki, bu klubu ''Qalatasaray''ın tarixində iz buraxmış Arda Turan çalışdırır. ''Eyüpspor''un vitse-prezidenti Fatih Kulaksız bunları deyib:

''Federasiyadan heç kim bizimlə əlaqə saxlamayıb. Bu barədə məlumatımız yoxdu. Elə ''Qalatasaray''dan da heç kim bizimlə danışmayıb. Onların federasiyaya müraciət etməsini mətbuatdan öyrəndik. Bizim üçün hələ ki, dəyişən bir şey yoxdu''.

ƏLİ
Chosen
23
football-plus.az

1Sources