EN

“Azərenerji”: COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib



11-22 noyabr tarixlərində keçirilən COP29 tədbirinin və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün “Azərenerji” ASC üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.

Newscenter.az quruma istinadən xəbər verir ki, müvafiq dövlət qurumları ilə birgə 24 saat fasiləsiz olaraq strateji əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətləri, qovşaq yarımstansiyaları, o cümlədən istehsal mənbəyi olan elektrik stansiyalarının fiziki təhlükəsizliyi tam təmin edilib və texniki personal, xüsusi təyinatlı briqada və səyyar diaqnostika avadanlıqları gecə-gündüz iş başında olub. Eyni zamanda paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası daim təftiş olunub. SCADA sistemi başda olmaqla bütün enerjisistemin proqram təminatı və rəqəmsal idarəetməsi üçün kiber təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilib. Nəticədə, tədbir müddətində baş verə biləcək təhlükələr anında aradan qaldırılıb və heç bir qəza açılması yaşanmayıb.

Paralel olaraq “AzərEnerji” COP29 tədbirində yaxından təmsil olunub. Belə ki, “mavi zona”da “AzərEnerji” rəhbərliyi müxtəlif tədbirlərdə iştirak edib. “Yaşıl zona”da isə “AzərEnerji” tərəfindən gələcəyin enerjisistemi, karbon sertfikatı, “yaşıl enerji” zonası, dekarbonizasiya, elektroenergetikanın modernizasiyası, data analitika, “yaşıl enerji” xabı və başqa mövzularda dünyanın aparıcı enerji şirkətlərinin iştirakıyla ümumilikdə 18 tədbir, memorandum imzalanması, təqdimat və görüşlər keçirilib.

COP29 tədbiri müddətində “AzərEnerji” ilə “Azərişıq” ASC-lərin “yaşıl zona”da yerləşən pavilyonunu 10 minədək qonaq ziyarət edib ki, onların arasında nüfuzlu şəxslər, xarici qonaqlar üstünlük təşkil edib.



Süleyman
Chosen
33
10
newscenter.az

10Sources