EN

Kürdəmirdə ticarət mərkəzinin qəzalı vəziyyətdə olması yaxınlıqda yaşayan sakinləri narahat edir VİDEO

Kürdəmir rayonunda yerləşən ticarət  mərkəzinin yaxınlığında yaşayan sakinlər problemlə üzləşiblər. Onlar bununla bağlı  "Xəzər Xəbər"in qaynar xəttinə  müraciət  ediblər.

Xezerxeber.az-ın məlumatına görə, yerli sakinlər yaşadıqları mənzillərdə qorxu içində qaldıqlarını deyirlər. Onlar bildirilər ki, ticarət mərkəzinin divarlarında və döşəmələrində çatlar yaranıb. Ticarət mərkəzinin divarının mənzillərə yaxın olması isə onların yuxusunu ərşə çəkib.

Sakinlər bildirir ki, problemlə bağlı dəfələrlə müarciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.

Məsələ ilə bağlı ticarət  mərkəzinin sahibi ilə əlaqə yaratmağa çalışdıq. Obyekt sahibi Nəzarət Nəzərov şifahi olaraq bildirdi ki, binada qəzalı vəziyyətdən söhbət gedə bilməz.

“Gördüyünüz o çatlar havalanma üçün saxlanılıb. Nə binada çat var, nə də çökmə”.

Qeyd  edək ki, Kürdəmir şəhər ərazisində sahibkar Nəzarət Nəfərov tərəfindən 2022-ci ildə bir neçə fərdi ev alınaraq yerində  ticarət mərkəzi tikilib.

Sakinlər ümid edirlər ki, rəsmi qurumlar problemlə bağlı hərtərəfli  araşdırma aparacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
18
xezerxeber.az

1Sources