EN

Vüqar Rəhimzadə Culfanın Xanəgah kəndində şəhid atasını və kəndin ən yaşlı sakinini evlərində ziyarət edib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Xanəgah kəndindən olan şəhid Yaşar Allahverdi oğlu Məmmədovun evində atasını ziyarət edib.

Görüşdə Vüqar Rəhimzadə bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Yaşar kimi Vətən övladlarının hər birinin həyat yolu indiki və gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.

Millət vəkili qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir və hazırda bu istiqamətdə mühüm addımlar atılır.

Şəhidin atası Allahverdi Məmmədov oğlunun Vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib. O, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlığını ifadə edib.

Milli Məclisin deputatı Xanəgah kəndinin ağsaqqalı və ən yaşlı sakini Qasımov Vəli Qulu oğlunun da evində olub. Gələn il 100 yaşını qeyd edəcək Vəli Qasımova can sağlığı arzulayan deputat ona ən xoş arzularını çatdırıb. Görüş zamanı kənd ağsaqqalı uzunömürlülüyün sirrinin mənəvi saflıqda, halallıqda, xeyirxahlıqda və əməkdə olduğunu bildirib və ziyarət üçün millət vəkilinə təşəkkür edib.

Chosen
23
7
sabahinfo.az

8Sources