EN

Komanda daxilində vəziyyət yenə qarışdı, sular bulandı – Nələr baş verir?

«Kəpəz»in qeyri-sabit çıxışı davam edir.

Burada yenə bir şeylər baş verir.

Azər Bağırovun bu haqda danışacağı, ümumiyyətlə, danışıb-danışmayacağı hələ mənə məlum deyil.

Ehtimal edirəm ki, uzun müddət susacaq. Ola bilsin, son günə kimi «susmaq qızıldır» prinsipinə sadiq qalsın.

Burada nələrsə yolunda getmir yenə. Bilmirəm klub rəhbərliyindən qaynaqlanır, ya kənar təsirlər baş qaldırıb və güclənib.

Komandanın oyunu mənə çox şeylər deyir. Hamısını burada yazmaq… olmaz.

Bir müddət biz də gözləyək və vəziyyətə baxaq.

Baş məşqçi dəyişikliyindən 2 aydan artıq vaxt keçib. Futbolçuların fiziki hazırlıq səviyyəsi nisbətən düzəlməyib, çox düzəlib.

Sezonun başında 15-20 dəqiqə güc sərf edən «Kəpəz» hazırda 70-75 dəqiqə eyni tonusda qala bilər.

Taktiki cəhətdən də artımı danmaq olmaz. Düzülüş fərqi və düşünülmüş oyun planması yaxşılığa doğru dəyişib.

Psixoloji düzən isə yenə pozulmuş kimidir. Futbolçulara nə vəd olunub sonra yerinə yetirilməyibsə, iki-üç həftə öncəki dirəniş və ruh yüksəkliyi öz yerini pessimizə verib.

«Araz-Naxçıvan»la oyunda - əvvəldən ta axıra kimi bəzilərinin sir-sifətlərindən məyusluq, bəzilərindən də zəhrimar yağırdı.

Bu, matçın bütün bölümünə yansıdı, özəlliklə də ilk hissəyə.

Yeyib-içmək masasından məcburi yarımçıq ayağa qalxmış və dilxor olmuş 11 nəfəri izləmək necə də əzabverici idi.

MUSA

Chosen
47
sportinfo.az

1Sources