EN

COP29-a təzyiq yolunun sonu- Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

Image

COP 29 sonuna yaxınlaşdıqca bütün proses boyu baş vermiş neqativ və pozitiv hadisələrin təhlili " kimlərin nə oyun oynadığı" barədə suala daha aydın cavab fonu yaradır. Bu fonda COP 29- a qədər Bakı- Yerevan sülh sazişinin imzalanmasını mütləq zaman çərçivəsi kimi aylar öncə ortaya qoymuş prezident İlham Əliyevin məqsədyönlülüyü bir daha diqqət çəkir. Halbuki COP29- dan istifadə edərək Bakı-İrəvan sülh sazişini hətta yarımçıq olsa da imzalamağa tələsən və tələsdirən bəzi Qərb liderlərinin məkrli oyunlarını da görürük.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Görünən odur ki, bu liderlər üçün COP 29- dan istifadə edərək Azərbaycana təzyiq göstərmək və COP- -a qədər onu Sazişə imza atmağa məcbur etmək əsas hədəf imiş.Soruşula bilər ki, Bakı- Yerevan sülh sazişini təşviq etməkdə qəbahətli nə var?Elə bizim də əsas hədəfimiz bu deyilmidir? Bir az dərindən baxsaq, xeyr ! Bizə Ermənistanla hər cür sülh sazişi yox, saziş xatirinə saziş yox, 44 günlük müharibə və Antiterrordan sonra bölgəmizdə yaratdığımız yeni reallıqları qəbul edən, onları uzun müddətli və davamlı sülh şəraitinin möhkəm hüquqi təminatına çevirən saziş lazımdır.Hər cür saziş bunu bacarmaz.

Bəs Ermənistan hakimiyyəti belə sülh sazişinə can atırdımı ?Atırdısa, o zaman Azərbaycanın hazırladığı və tam əhatəli hesab etdiyi 16 maddəlik sülh sazişinin üzərində 10- cu dəfə biabırçı " cərrahi əməliyyatı" niyə aparırdı? Çox prinsipial olan 3 maddəni bir kənara ataraq " gəlin əvvəlcə 13 maddəlik sazişi imzalayaq, sonra digərlərinin də üzərində işləyərik" kimi bic doğulmuş tezisi ortaya niyə atırdılar? Bəs ABŞ prezidenti və dövlət katibi niyə bu yarımçıq sazişin imzalanması üçün var qüvvə ilə çalışırdılar? Bax, əsas məsələlərdən biri burdadır.Onların məqsədi məhz yarımçıq sazişlə bölgəmizdə 10 illər sonranın Azərbaycan - Ermənistan münaqişəsinin yeni mərhələsinin əsasını qoymaq və bölgəyə gələcək müdaxilələrin bazasını yaratmaq idi. COP bu işdə həm əsas təzyiq aləti kimi seçilirdi, həm də yarımçıq sülh sazişinin təşviqatı üzərində COP 29- un özünü vurmaq ,qaralamaq məqsədi həyata keçirilirdi....

Prezident Baydenin bir neçə həftə əvvəl prezident İlham Əliyevə və baş nazir Paşinyana tam eyni məzmunda məktublar göndərməsi çox müzakirə olundu.O zaman cavabları yalnız ehtimallar səviyyəsində ortaya qoyulan bu müzakirələrin əsil mahiyyəti indi - indi açılır - necə deyərlər, COP- un sonunda...

Baydenin məktublarından sitatlar- " Əminəm ki, COP- a kimi sülh sazişinə imza atmaqla sülhə sadiqliyinizi bir daha ortaya qoyacaqsınız " .Bu fikir əslində yalnız Azərbaycana təzyiq xarakterli idi.Çünki həmin yarımçıq layihəni təklif edən Ermənistan , onu haqlı rədd edən isə Azərbaycan idi.Demək ki, cənab Bayden bu fikrinin arxasında əslində Ermənistanın yarımçıq saziş siyasətinin uğur qazanmasının lobbiçiliyini edirmiş...Baydenin məktublarından daha bir sitat:-" Əminəm ki , kompromis və konstruktiv yanaşma ilə sazişin digər maddələri üzrə də razılaşma əldə edəcəksiniz".Baxın, açıq- aşkar Azərbaycan prezidentini öz milli maraqlarımızın ziddinə yersiz kompromislərə təşfiq etmək istəyirdi...Nəhayət , Baydenin 3- cü fikri bu günün zirvəsindən o zamana aid əsil mətləbi açmış olur:-"Sazişin imzalanması bölgənin iqtisadi, ticarət , investisiya mənzərəsinin dəyişilməsində yeni mərhələ olacaq"...Baydenin son fikri ilə Azərbaycana aydın və kirli bir mesaj verdiyini görürük:" COP- -a kimi saziş imzalasanız , böyük iqtisadi və iqlim dəstəyi görəcəksiniz, əks halda isə ......".Əks halda bu günkü mənzərəni görürük.

ABŞ Prezidenti COP- a lazımı dəstəyi vermədi, iqlim maliyyəsi məsələsində çox ürəksiz davrandı və hətta mane oldu.Bunu tarixdən heç kim gizlədə bilməyəcək ki, dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ COP 29- da ən yüksək maliyyə hədəfinin əldə olunmasına ən ciddi maneçiliyi törətdi.

Bəs Bayden COP vasitəsilə Azərbaycana təzyiq etməklə Ermənistanla sazişin imzalanmasının arxasında nə niyyət güdürdü? Ermənistanı bölgədə məğlub sifətindən çıxarmağa yönəlik tək motiv erməni sevgisi idimi ?ABŞ kimi qlobal praqmatik layihələr işləyən ölkənin başçısının bir ovuc erməni lobbisinin maraqlarına söykənərək təkşaxəli oyun aparması inandırıcı ola bilərmi? Xeyr!Bayden COP- u Azərbaycana təzyiq vasitəsinə çevirərək Ermənistanla yarımçıq sülhə imza atmağa məcbur etməsinin arxasında daha uzaq hədəfləri güdürdü.Baydenin uzaq hədəfləri:

1.Müttəfiqi Ermənistanın əlini gücləndirmək.

2 .COP 29- u ləkələmək.

3.Bakı- Yerevan sülhünün əsas memarı kimi ABŞ prezident seçkilərində mövqeyini gücləndirərək seçki günündən qabaq Tramp üzərində qələbə çalmaq.

4 .Amerikada seçkidən sonra özünü 2024- cü ilin Nobel sülh mükafatına əsas iddiaçı namizəd kimi irəli sürdürmək....

Ancaq heç nə Baydenin planladığı kimi olmadı .Bayden prezident kürsüsünü də, Sülh mükafatını da itirdi.Qardaş türklər demiş" əvvəl cam idi, sonra tabak oldu"...

Tahir TAĞIYEV





Chosen
37
baki-xeber.com

1Sources