"Ruslar texnoloji materiallar topladıqdan sonra güclü irəliləyə biləcəklər və bu, 2027-ci ildən sonra baş verə bilər".
HİT.az xəbər verir ki, bu məlumatı “UP-100” mükafatlandırma mərasimi zamanı Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Britaynoyadalı səfir Valeri Zalujnı deyib.
"Müharibə elmi-texniki tərəqqinin təkərini itələyir və fırlanır. Döyüş meydanında robotların peyda olması sayəsində nə ruslar, nə də biz irəli gedə bilmədik. Bir növ sərsəmlik yarandı və bu tendensiya indi də davam edir", deyə diplomat bildirib.
Zalujnı vurğulayıb ki, ruslar həftədə 150-200 kilometr irəliləyə bilməzlər:
"Mənim öz nəzəriyyəmə görə, texniki-təkamül prosesi başa çatdıqda, texnoloji materialların yığılması prosesi baş verəndə rusların irəli getmək qabiliyyəti bərpa olunacaq. Bu, hardasa, mənim hesablamalarıma görə, 2027-ci ildən sonra baş verəcək".
Səfir qeyd edib ki, bir neçə ildən sonra düşmənin belə miqyaslı müharibələrə iddiası olması fakt deyil:
"Bu, tükəndirmə taktikasıdır və bu, rus dərsliklərində geniş təsvir olunub. Eyni zamanda, mühasirə taktikası kimi tanınır. Bu taktika ilk növbədə iqtisadi vəziyyətin zəiflədilməsinə, insanların mənəvi durumunun məhv edilməsinə yönəlib. Nəticədə hazırda cəbhədə gördüyümüz mənzərə yaranır – düşmən tərəfindən dərin irəliləyişlər müşahidə olunmur".
Samir