EN

“Klubu Premyer Liqadan qovsalar da, burada qalacam”

Sportinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın İngiltərə Premyer Liqasından qovulacağı təqdirdə klubda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.

“Mən bunu aylar əvvəl demişdim. Aşağı liqaya düşsək də, burada qalacağam.

İkinci divizionda da olsaq, gələn il yenidən Premyer Liqaya qayıdacağıq”, - deyə mütəxəssis bildirib.

Noyabrın 21-dəQvardiola “Mançester Siti” ilə yeni müqavilə imzalayıb.

Ötən ilin fevral ayında Premyer Liqa “Mançester Siti”ni 2009-2018-ci illər arasında 115 müxtəlif maliyyə qaydalarını pozmaqda ittiham edib.

Klub günahkar bilinərsə, onu xalların silinməsi, liqadan qovulması və titulların itirilməsi də daxil olmaqla bir sıra cəzalar gözləyir.

Chosen
36
sportinfo.az

1Sources