EN

PAŞİNYAN KİŞİ KİMİ SÖZ VERDİ: "İLİN SONUNA KİMİ..."

Bütün sapınmalara baxmayaraq Paşinyan bu dəfə aydın şəkildı söz verdi...

Tezadlar.az "Sputnik Armeniya"ya isyinadla bildirir ki, "Ermənistanla Azərbaycan arasında strateji sazişin mahiyyəti ondan ibarətdir ki, İrəvan və Bakı təkcə de-yure deyil, həm də sosial-psixoloji baxımdan de-fakto bir birini tanımalıdırlar",- deyən Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İTV- nə müsahibəsində bildirib ki, keçmiş Sovet Azərbaycanı öz ərazisi ilə bu gün müstəqil Azərbaycandır, keçmiş Sovet Ermənistanı isə bu gün ərazisi ilə müstəqil Ermənistandır. Sitat: “Əgər biz həqiqi sülhə nail olsaq və sülh müqaviləsi imzalasaq, o zaman belə razılaşmanı nəzərdən keçirmək olar. Bu o deməkdir ki, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmalıyıq. Ermənistan və Azərbaycan bu reallığı düzəltməli, bir-birinin əleyhinə fəaliyyətə son qoymalı və kommunikasiyalar açmaqla iqtisadi əlaqələrin qurulması prosesinə başlamalıdır. Əminəm ki, bu, çox yüksək səviyyədə inkişaf edəcəkdir".

 İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmaması ilə bağlı suala Paşinyan belə cavab verib: “Bir şeyi deyə bilərəm: sülh müqaviləsinin imzalanması üçün üzərimə düşəni 100% və daha çox edəcəyəm”.

Belə. Hesab etmək olar ki, Paşinyan aydın şəkildə başa düşür: Azərbaycanla sülh müqaviləsi Ermənistana lazımdır, onsuz da Azərbaycan işğal olunmuş ərazilərinə tam hakimdir!A.Məmmədli

Chosen
52
1
tezadlar.az

2Sources