EN

"Şimal axını" terrorunda Ukrayna izi: ABŞ məlumatlı imiş...

“Şimal axını”nda təxribat işi ilə bağlı mediaya davamlı sızıntılar təəccüb doğurur. Çünki Almaniya hökuməti məlumatın məxfiliyini əsas gətirərək, istintaqın gedişi ilə bağlı parlamentin 300-dən çox sorğusuna mahiyyəti üzrə cavab verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri ilə söhbətində Bundestaqın (parlament) “Almaniya üçün Alternativ” fraksiyasından olan deputatı Yevgeni Şmidt bildirib: “Əslində, mən özüm deputat kimi istintaqın gedişi ilə bağlı 300-dən çox müraciət etmiş və heç bir cavab ala bilməmişəm. Ancaq mediada getdikcə daha çox yeni detallar və sənədlər dərc edildiyinin şahidi olmuşam. Sözsüz ki, bunun ciddi olduğunu düşünmürəm".

Deputat qeyd edib ki, alman mətbuatının hadisənin təfərrüatı ilə bağlı daim yazdığı Ukrayna izi ona inandırıcı gəlmir. Şmidtin sözlərinə görə, o, mütəxəssislərlə söhbət edib ki, xüsusi texnika və avadanlıq olmadan belə təxribatı həyata keçirmək mümkün deyil. "Belə bir dərinlikdə bu cür əməliyyatı həyata keçirmək, xüsusilə borunun tapılması olduqca çətindir.

Onun fikrincə, əməliyyatın hansısa mərhələsində ukraynalıların təxribatçı manevr kimi iştirak edə biləcəyini nəzərə alsaq belə, Amerika tərəfinin bundan xəbəri olmadığını təsəvvür etmək çətindir: “Ukraynalıların bütün bunları özləri və razılıq olmadan, amerikalılara məlumat vermədən etdiklərinə inanmaq sadəlövhlükdür”.


Müəllif: Ceyhun Alışlı
Chosen
31
teleqraf.com

1Sources