EN

Rudenko: Rusiya Yaponiyanın düşmən addımlarına sərt reaksiya verəcək

Yaponiyanın Rusiyaya qarşı düşmən addımları Moskvanın sərt reaksiyası ilə qarşılaşacaq.

Bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko bildirib.

O, Tokionun Rusiyaya qarşı sanksiya kursuna sadiq qalmaq niyyətindən təəssüfləndiyini bildirib və qeyd edib ki, Yaponiya bir daha nəyisə müsbət istiqamətdə dəyişmək niyyətində olmadığını nümayiş etdirib.

“Belə bir şəraitdə biz yalnız öz milli maraqlarımızı rəhbər tutaraq anti-Rusiya addımlarına sərt reaksiya verməyə məcbur olacağıq”, – agentliyin həmsöhbəti bildirib.

Yaponiyanın Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyəti ilə bağlı bəyanatı daha əvvəl bu ölkənin xarici işlər naziri Takeşi İvaya verib.

DOĞRU.AZ

Chosen
51
1
dogru.az

2Sources