EN

Deputatı Malbinəsi kəndində seçiciləri ilə görüş keçirib

Milli Məclisin deputatı İlham Məmmədov 2024-cü ilin  noyabr ayı üçün növbəti vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Yevlax rayonunun Malbinəsi kəndində seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin deputatı İlham Məmmədov və  YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev əvvəlcə Malbinəsi kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Kənd sakinlərini ilə görüş zamanı İlham Məmmədov səsləndirilən bir sıra problem və təklifləri dinləyib, aidiyyəti qurumlarla birgə məsələlərin həll olunması istiqamətində tədbirlər görüləcəyini qeyd edib.

İlham Məmmədov eyni zamanda vurğulayıb ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Günbəgün inkişaf edən dövlətimizin ali məqsədi vətəndaşlarımızın hüquq və azadlıqlarının layiqincə təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması naminədir.

Chosen
23
ikisahil.az

1Sources