EN

Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı – FOTO

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb.

Editor.az  axar.az-a istinadən bildirir ki, Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb.

Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparan Fransanın səfiri bununla guya Azərbaycan Respublikasındakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan – yalnız İrandadır.

Qeyd edək ki, Qərbi Azərbaycan – Şimalı Azərbaycanın qərbini – indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın tarixi İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir.

İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb.

Chosen
13
3
editor.az

4Sources