EN

Azərbaycandan bəzi məhsulların ixracı üçün – GÖMRÜK RÜSUMLARINA ARTIMLAR UZADILDI

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandan xaricə bəzi məhsulların ixracı üçün gömrük rüsumlarına tətbiq edilən artımların müddəti uzadılıb.

FED.az xəbər verir ki, baş nazir Əli Əsədovun təsdiqlədiyi Nazirlər Kabinetinin 20 noyabr 481 saylı qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında qərara dəyişiklik edilib.

Yeni qərarla mis və onun qarışıqlarından hazırlanan məhsulların ölkədən ixracına tətbiq edilmiş artımlar daha 5 il uzadılıb.

Buraya saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodları, mis məftilin hazırlanması üçün biçmələr, Saflaşdırılmış mis və emal olunmamış mis ərintiləri prokat üçün biçmələr, mis və sink əsasında ərintilər (latun), mis və qalay əsasında ərintilər (tunc). 

Yeni qərar 7402 00 000 0, 7403 12 000 0, 7403 13 000 0, 7403 19 000 0, 7403 21 000 0, 7403 22 000 0, 7403 29 000 0, 7405 00 000 0, 7407 10 000 0, 7407 29 000 0 alt yarımmövqelərinə aiddir.

Xatırladaq ki, sözügedən, malların ölkədən ixracı zamanı hər 1 tona 15 dollar ixrac rusumu tətbiq edilir, amma digər qərarla 2024-cü ilədək bu rüsum malın dəyərinin 10%-i və 300 dollardan az olmayaraq müəyyən edilmişdi. Yəni 20 dəfə artırılmışdı. Məqsəd ölkədən mis tullantılarının çıxarılmasının qarşsını almaqdır.

Əvvəlki qərarın müddəti 2024-cü ildə bitdiyinə görə, yeni qərarla bu qayda daha 5 il – 2029-cu ilədək artırılıb.

Chosen
42
fed.az

1Sources