EN

Dünyanın bəxtəvər vaxtında Tanrının yaratdığı GÖZƏLLİK

Kəlbəcər şəhəri – Dünyanın bəxtəvər bəxtəvər vaxtında Tanrının yaratdığı gözəllik. Hər addımında daha da heyrətləndirən, nitqin quruyub qalmasına səbəb olan möcüzəli məkan. 

Əzəmətli dağları aşdıqca təbiət biri-birindən əsrarəngiz sürpirzlər bəxş edir insana. 

Daha nə qədər təəccüblənə bilər insan. 

Təkcə bizi heyrətə, dəhşətə gətirən bu gözəlliklər deyil ki... 

Yaşadıqlarımız, yaşaya bilmədiklərimiz... nələr, nələr...

Bütün olanlara şahid də elə bu gözoxşayan təbiətin özüdür. 

Dağların, daşlar, yollar, çığırlar, bulaqlar-hamısının dili olsa, danışsa, nələr görmüşəm deyə hayqırar.

Yox, yox dili var orda hər şeyin... Ruhunla danışır oralar.

Mənfur düşmənin vəhşilikləri, yanan evləri, üz-göz cırıb yuvalarını tərk edən kəlbəcərliləri. Sıldırım qayalarda həyatına son verən ismətli qadınları, pənah yeri olan mağaraları. 

Səbr, Mübarizə və Zəfər! 

İllərdir sıradan günlərdən olan 25 noyabr tarixi artıq ayrı bir məna, ağırılıq daşıyır özündə. Bu gün teri də, göyü də, üstü də, altı da sərvət olan Kəlbəcər artıq işıq saçan Azərbaycandır. 

Sahibini gözləyən evlərdir, görülən quruculuq işləridir. Sağlam “İsti Su”dur. Parlayan qızıldır, kükrəyən Tərtərdir, tarixi danışan Alban kilsələridir...

Tanrı kəlbəcərlilərə xoş günü indi göstərir. 

Qurub yaradır azərbaycanlılar Kəlbəcəri. 

Kəlbəcərdəki Azərbaycan MÖCÜZƏDİR...

Xoş gününüz, şəhəriniz mübarək!

 

Chosen
14
modern.az

1Sources