EN

Gürcüstan parlamentinin binası yaxınlığında hərbi texnika yerləşdirilib



Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə müxalifətin mitinqinin keçirildiyi parlament binasında təhlükəsizliyi gücləndirib.

aia.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə əlavə qüvvələr və xüsusi hərbi texnika göndərilib.

Meydanda su şırnaqları, avtobuslar və avtomobil evakuatorları var. Noyabrın 24-ü axşam saatlarından Rustaveli prospektində aksiyalar keçirən etirazçılar küçədə qalıb yolun düz kənarındakı çadırlarda yatmağa qərar veriblər. Onlar ötən parlament seçkilərinin nəticələrindən narazıdırlar və onların tanınmamasını tələb edirlər. Hazırda küçədə vəziyyət sakitdir.

aia.az



Chosen
11
2
aia.az

3Sources