EN

Rusiya Zaporojyeyə hücum edəcək - İngilis nəşrindən ilginc İDDİA

Image

Britaniyanın “The Economist” jurnalı ciddi iddia irəli sürüb. İngilis nəşrinin yazdığına görə, Rusiya Zaporojyeyə hücuma hazırlaşır. Nəşr bu iddianı Ukrayna kəşfiyyatındakı mənbəyə istinadən yazıb.
“Ukrayna nümayəndəsi xəbərdarlıq edir ki, yaxın vaxtlarda 130 000 Rusiya əsgəri döyüşə atıla bilər. Bunun nə vaxt baş verəcəyini heç kim bilmir. Ölkədə qalan üç ağır sənaye mərkəzindən biri olaraq, vilayət mərkəzi Ukraynanın yaşaması üçün kritik əhəmiyyət daşıyır”, – məqalədə qeyd olunur.

Eyni zamanda, nəşrin bildirdiyinə görə, Ukrayna Zaporojye vilayətində istehkamlar qurur. “Yeni istehkamlar vilayət mərkəzindən yayılan həlqələr şəklində tikilir. İş əsaslı şəkildə aparılır – qonşu Donetsk vilayətindəki daha xaotik mənzərədən fərqli olaraq mina sahələri, mühəndis maneələri və beton və dəmir konstruksiyalar hazırlanır”, – materiallarda bildirilir.

Mətləb





Chosen
18
6
baki-xeber.com

7Sources