EN

Almaniyalı forvard Bakı klubunun heyətində yubiley qolunu vurdu

Almaniyalı futbolçu Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.

Sportal.az xəbər verir ki, 30 yaşlı oyunçunun yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə (1:1) təsadüf edib.

O, komandasının bərabərlik qolunun müəllifi olub. Mikels Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib.

Mikels Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb. Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.

saytlarin hazirlanmasi

Chosen
8
10
sportal.az

10Sources