EN

Rumıniyada prezident seçkiləri ikinci turda seçiləcək

Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ən çox səs toplayan iki namizəd dekabrın 8-də ikinci turda üz-üzə gələcək.

"Cebheinfo.az" xəbər verir ki,  nəticələrə görə, hökumətin əsas ortağı Sosial Demokrat Partiyasının (PSD) dəstəyini alan Baş nazir Marsel Çiolaku səslərin 25 faizini toplayıb. 

Mərkəz sağçı Rumıniyanın Birliyini Xilas Partiyasından Elena Laskoni 18 faiz, Kalin Georgesku 16 və ifrat sağçı Rumınların Birliyi Alyansının (AUR) lideri George Simion 15 faiz səs toplayıb.

Dekabrın 8-də keçiriləcək ikinci turda Çiolakunun rəqibinin bu üç namizəddən biri olacağı gözlənilir.  Laskoni ən üstün namizəddir.

Avropa İttifaqı (Aİ) və NATO üzvü olan Rumıniyada 9-cu seçkidə qalib gələn şəxs növbəti 5 il ərzində ölkənin prezidenti olacaq.

Digər tərəfdən, dekabrın 1-də Rumıniyada ümumi seçkilər keçiriləcək.

Chosen
84
8
cebheinfo.az

9Sources