EN

2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası ölkənin davamlı inkişafını təmin edir.

Azreform.info xəbər verir ki, bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Spiker bildirib ki, Azərbaycan iqtisadi templərini qoruyub saxlamaqla regionun lider dövləti rolunu saxlaya bilib. “Azərbaycan qlobal enerji təhlükəsizliyində önəmli rol oynayır”, - o qeyd edib.

Spiker əlavə edib ki, Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində irimiqyaslı layihələr həyata keçirməkdədir: “Ümumiyyətlə, yaşıl iqtisadiyyata keçidə böyük önəm verilir”. 

O bildirib ki, yürüdülən məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən ərazilərin yenidən bərpa olunaraq Azərbaycan iqtisadiyyatına inteqrasiyası prioritetlər təşkil edir. “Bundan əlavə, sosial sahəyə böyük önəm verilir, əhalinin rifah halı artır, əməkhaqqı və pensiya artırılır”, - Qafaraova qeyd edib.

2025-ci ilin büdcəsi haqqında danışan spiker bildirib ki, növbəti ilin büdcəsi inkluzivlik və inkişaf strategiyası əsasında  hazırlanıb: “Gələn ilin büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdədir. Növbəti ilin büdcəsinin prioritetlərinin ölkənin təhlükəsizliyi, müdafiə qabliyyətinin artırılması, sosial, səhiyyə, işğaldan azad olunmuş ərazilərin tez bir zamanda bərpa olunaraq Böyük qayıdış prosesinin sürətləndirilməsini təşkil edir. Ümumiyyətlə, 2025-ci il dövlət büdcəsi bütün istiqamətlərdə qarşıya qoyulan hədəflərə nail olunmasına imkan verəcək”.

Mürtəza
Azreform.info

Chosen
14
4
azreform.info

5Sources