EN

BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinə Alternativ hesabat təqdim edilib

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıİnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinə Erənistanın 12-14-cü dövrü hesabatına alternativ hesabat təqdim edib.

Ermənistan 1996-cı ildən BMT-nin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi haqqında” Konvensiyanın tərəfidir. Bununla belə Ermənistan dünyanın ən irqçi dövlətlərindəndi və monoetnik ölkədir. Konvensiya üzrə öhdəliklərini kobud surətdə pozmasına baxmayaraq Azərbaycanı erməni xalqına qarşı irqçı yanaşmada ittiham edir və Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı idda qaldırıb. Azərbaycan da analoji qaydada əks idda ilə çıxış edib və hazırda hər iki şikayət üzrə icraat davam edir. Ermənistan BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinə təqdim etdiyi dövrü hesabatda özünü tolerant, başqa xalqların mədəni irsinə, dininə, dilinə hörmətlə yanaşandövlət kimi təqdim edir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi ilə birgə Ermənistanın dövrü hesabatına alternativ hesabat təqdim etməklə Ermənistanın saxta və yalan hesabatını ifşa edir.

Alternativ hesabat BMT-nin rəsmi veb səhifəsində Ermənistanın dövrü hesabatına alternativ olaraq yerləşdirlib. Alternativ hesabatla aşağıdakı linkdə tanış olmaq olar.

https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=INT%2FCERD%2FNGO%2FARM%2F60225&Lang=en

2024-cü ilin 25 noyabr 13 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 114-cü sessiyası öz işinə başlayır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıİnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyini təmsil edən nümayəndələr həmin sessiyada iştirak edəcək, 2 dekabr tarixində Komitə üzvüləri üçün brifinq keçirəcək, komitə üzvləri iləqeyri-formal görüşdəvə sessiyada iştirak edəcəkdir. Brifinq zamanı təşkilat bəyanatla çıxış edəcəkdir. Ermənistanın dövrü hesabatı 2-3 dekabr tarixlərində müzakirə ediləcək və sonra yükun sənəd qəbul olunacaqdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi həmçinin Ermənistanın BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal proseduru üzrə təqdim etdiyi 4-cü tskl hesabata alternativ hesabat (submission) təqdim edib. Hər iki təşkilat eynizamanda Ermənistanın BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” sı ilə bağlı Ermənistanın BMT İşgəncələr Əleyhinə Komitəsinə təqdim etdiyi 5-ci dövrü hesabata da alternativ hesabat təqdim edib.

Chosen
37
2
turkustan.az

3Sources