EN

Bakıda 2 nəfəri öldürən şəxsə 20 il hökm oxundu

Ötən il Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundem.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 20 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı A.Bəhərçiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il dekabrın 31-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

İttihama görə, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucova və 1981-ci il təvəllüdlü Ramil Səfərova bıçaqla xəsarətlər yetirərək onları öldürüb.

Arif Bəhərçiyev Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsirli bilinib.

Chosen
7
9
gundem.az

10Sources